Bu ilin yanvar-iyul aylarında Azərbaycanda dəniz nəqliyyatı vasitəsilə 1 milyard 376 milyon 954 min ABŞ dolları dəyərində, 1 milyon 682 min 309 ton yük daşınıb.
Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,25% və 5,3% artıb.
Hesabat dövründə dəniz nəqliyyatı ilə 1 milyard 309 milyon 528 min ABŞ dolları (33,2% artım) dəyərində, 1 milyon 635 min 973 ton (5,5% artım) yük idxal edilib, 67 milyon 426 min ABŞ dolları (31,7% azalma) dəyərində, 46 min 337 ton (2,4% artım) yük ixrac olunub.
Fuad Mədətov
Fins.az