Bu ilin yanvar-iyul aylarında Azərbaycan 7 min 900 ton süd və qaymaq idxal edib.
Fins.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu məhsulların dəyəri 12 milyon 606 min ABŞ dolları olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə süd və qaymaq idxalında həcm baxımından 835 ton (11,8%) artım, dəyər baxımından isə 2 milyon 200 min ABŞ dolları (14,8%) azalma müşahidə olunub.
Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1%-ni təşkil edib.
Fuad Mədətov
Fins.az