BAZAR

26 Avqust

Yanvar-iyul aylarında əhaliyə 5 mlrd. 116 mln. manat ödənilib - ƏƏSMN

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ilin 7 ayında da davam edib.

Fins.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, cari ilin yanvar-iyul ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 5 mlrd. 116 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 468,7 mln. manat və ya 10,1 faiz çoxdur.



Zemfira Ms
Fins.az