BAZAR

23 Avqust

Bakı şəhərində sənaye istehsalının qeyri-dövlət sektoru 82,7% təşkil edir

2024-cü ilin yanvar-iyul aylarında Bakı şəhərində sənaye sahəsində istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 31,2 milyard manat təşkil edib.

Fins.az-a Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, bu dövrdə istehsal olunan sənaye məhsulunun 76,6 faizi mədənçıxarma sektoruna, 20,4 faizi emal sənayesinə, 2,2 faizi isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektoruna aid olub. Qalan 0,8 faiz isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilib.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,7 faiz təşkil edib. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93 faiz, sənaye xarakterli xidmətlərin payı isə 7 faiz olub.

İstehsal olunan məhsulun əksəriyyəti istehlakçılara göndərilib. 1 avqust 2024-cü il vəziyyətinə sənaye müəssisələrinin anbarlarında 446,3 milyon manatlıq hazır məhsul ehtiyatı mövcud olub. Həmçinin, başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 46,6 milyon manat dəyərində digər məhsullar da anbarlarda saxlanılır.

Fuad Mədətov
Fins.az