Bu il iyulun 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği (daxili və xarici borc) 11 milyard 407,1 milyon manat və yaxud 2024-cü il üzrə ümumi daxili məhsulun (ÜDM) 9,4 %-i qədər olub.
Fins.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, dövlət zəmanəti verilmiş borcun 9 milyard 599,2 milyon manatı (5 milyard 646,6 milyon ABŞ dolları) və yaxud 84,2 %-i xarici kreditlərin, 1 milyard 807,9 milyon manatı və yaxud 15,8 %-i isə daxili kreditlərin payına düşüb. Xarici dövlət zəmanətli borcun 4 milyard 329,7 milyon ABŞ dollarını və yaxud 76,7 %-ni (7 milyard 360,5 milyon manat) "Cənub Qaz Dəhlizi" QSC-nin öhdəlikləri üzrə verilmiş dövlət zəmanətidir.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 51,6 %-ni sabit, 48,4 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.
Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları– 62,6 %, avro – 19,4 %, manat – 12,4 %, yapon yeni – 3,6 %, digər valyutalar – 2 %.
Dövlət zəmanətli borcun 63,4 %-i 5 ilə qədər olan müddətdə, 24,3 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 12,3 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Dövlət zəmanətli kreditlərin 29,8 %-i müxtəlif investorların, 5,4 %-i Dünya Bankının, 9,4 %-i Asiya İnkişaf Bankının, 1,2 %-i İslam İnkişaf Bankının, 5,7 %-i Avropa Yenidənqurma və İnkişaf Bankının, 3,6 %-i Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin, 8 %-i Asiya İnfrastruktur İnvestisiya Bankının, 15,9 %-i daxili kreditorların, 21 %-i isə digər kreditorların payına düşüb.
Fuad Mədətov
Fins.az