Bu ilin yanvar-iyun aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 268,7 manat təşkil edib.
Fins.az-a Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7,8% artım deməkdir.
Azərbaycanın ümumi əməkhaqqı isə eyni dövrdə 8,8% artaraq 1 002,8 manata çatıb.
Fuad Mədətov
Fins.az