2024-cü ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 faiz artaraq 18,744.9 milyon manat olub.
Fins.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, bu dövrdə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 3,9 faiz artaraq 10,392.9 milyon manat təşkil edib, qeyri-ərzaq məhsullarının həcmi isə 5,1 faiz artaraq 8,352.0 milyon manata çatıb.
İstehlak məhsullarının 37,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 14,9 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.
Fuad Mədətov
Fins.az