2024-cü ilin iyul ayında Türkiyə limanları 5 min 662 gəmi qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi yayıb.
Nazirliyin məlumatına görə, bu dövrdə limanlara daxil olan gəmilərin 3 min 508-i digər ölkələrin bayraqları altında, 2 min 154-ü isə Türkiyə bayrağı altında fəaliyyət göstərən gəmilər olub.
2024-cü ilin yanvar-iyul ayları arasında isə Türkiyə limanları ümumilikdə 34 min 977 gəmi qəbul edib. Bunlardan 23 min 298-i digər ölkələrin, 11 min 679-u isə Türkiyə bayrağı altında üzən gəmilər olub. Bu statistikalar Türkiyə limanlarının beynəlxalq dəniz nəqliyyatında əhəmiyyətli rol oynadığını göstərir.
Fuad Mədətov
Fins.az