BAZAR

22 Avqust

Bakıda və bölgələrdə mülkiyyət hüquqlarının paylanması: 2024-cü ilin yeddi aylıq rəqəmləri

2024-cü ilin ilk 7 ayında fərdi yaşayış və bağ evi üzərində - 33.395, mənzil üzərində - 46.933, torpaq sahəsi – 120.079, qeyri-yaşayış binası – 1.921, qeyri-yaşayış sahəsi – 4.863, əmlak kompleksi - 453, çoxmərtəbəli yaşayış binası üzərində isə 25 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Bu barədə Fins.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 54.558-i Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Fuad Mədətov
Fins.az