BAZAR

22 Avqust

Əmtəəlik təbii qaz hasilatı 6,4 faiz artıb

Azərbaycanda bu ilin yanvar-iyul aylarında əmtəəlik təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artıb.

Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən, xəbər verir ki, bu müddətdə əmtəəlik qaz hasilatı 22,5 milyard kub metr təşkil edib.

Cari ilin ilk 7 ayında ölkədə mədənçıxarma sənayesində ümumilikdə 29457,2 milyon kub metr təbii qaz istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4,3 faiz çox olub.