Bu ilin yanvar-iyun aylarında ölkədə 276 ədəd yük avtomobili istehsal olunub.
Fins.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən, xəbər verir ki, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal həcmi 68,3 faiz və ya 112 ədəd artıb.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən isə cari ilin ilk yarımilliyində ölkəyə 68,3 milyon ABŞ dolları dəyərində 4003 ədəd yük avtomobili idxal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən bu növ nəqliyyat vasitələrinin dəyəri 44 faiz və ya 20,8 milyon dollar, sayı isə 26,6 faiz və ya 842 ədəd artıb.