Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 1-dən uşaq bağçalarında uşaqlara isti yeməklərin verilməsi ilə bağlı tətbiq olunacaq pilot layihənin mahiyyətini açıqlayıb.
Fins.az məlumatına görə, nazir jurnalistlərə açıqlamasında hazırda bağçalara ərzaq təminatı verildiyini bildirib.
“Bu gün məktəbəqədər təhsil müəssisələrində qidalanma ilə bağlı icra olunan standartlar çox köhnədir. Orada göstərilən bəzi qidalar hazırda ümumiyyətlə yoxdur. Məsələn, ikinci növ buğda unu, kartof nişastası… Bu, ölçməyə problem yaradır. Hesab edirəm ki, uşaqlara verilən qidaların çəkisi deyil, kalorisi əsas olmalıdır. Uşaqlara menyu ilə tərtib edilən, adambaşı saya görə hazır kalorili yeməklərin verilməsi daha yaxşıdır. Bu, hazırda konseptual məsələdir”.