Bu il 10 mindən artıq vətəndaşın tələbə kreditindən yararlanacağını proqnozlaşdırırıq.
Fins.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin Sentyabr konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, digər bir istiqamət Təhsilin İnkişafı Fondunun yaradılması idi.
“Bu, maliyyə sahəsində çevikliyin təmin olunmasına imkan yaradıb. Biz bu fond vasitəsilə bu ildən müxtəlif böyük layihələrin icrasına başlayacağıq”,- deyə nazir əlavə edib.