BAZAR

13 Aprel

Litvada magistratura səviyyəsi üzrə təqaüd proqramına sənəd qəbulu davam edir  

Litva Respublikasının “Təhsil Birjalarına Dəstək Vəqfi” 2021-2022-ci tədris ili üzrə bu ölkənin müxtəlif ali təhsil müəssisələrində magistratura səviyyəsində təhsil almaq üçün təqaüd proqramı elan edir.

Bu barədə Fins.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramına mayın 7-dək müraciət etmək olar.