Amerikada təhsil almaq demək olar ki, bütün tələbələrin xəyalıdır.
Dil biliyinin artırılması, gələcəkdə uğurlu karyera qurmaq baxımından təhsil alanlar tərəfindən əlverişli hesab edilir.
Fins.azxəbər verir ki, bunun üçün əsas iki yol var.
Birincisi, birbaşa bakalavr təhsili almaq üçün müraciət edərək dörd il sonra universiteti bitirib diplomunuzu ala bilərsiniz.
İkincisi, ilk olaraq iki illik kollec təhsili almaq üçün qeydiyyatdan keçirsiz. Daha sonra növbəti iki ili - üçüncü və dördüncü kursu isə istədiyiniz bir universitetə müraciət edərək orada tamamlayırsız.
Hər iki seçimdə də nəticə olaraq dörd illik bakalavr diplomu alırsınız. Kolleclər Amerikada ali təhsil üçün ən çox seçilən başlanğıc formasıdır.
Birinci kolleclərə qəbul olmaq universitetə nisbətən asan və zəhmətsizdir. Bunun üçün əlavə imtahanlar tələb edilmir.
Həm də kolleclər dörd illik universitetlərə nisbətən daha qənaətlidir. İlk iki ilinizi kollecdə təhsil alaraq çox vacib miqdarda qənaət etmiş olarsız.
İki illik kolleclərdən məzun olan şəxslər Amerikadakı universitetlərə birbaşa qəbul edilirlər və təhsillərində heç bir axsama olmadan rahat şəkildə davam edə bilirlər. Beləliklə təhsillərini bitirdikləri zaman həm kollecin, həm də universitetin diplomunu əldə edə bilərsiniz.
Əgər birbaşa dörd illik universitetə qəbul olmaq istəyirsinizsə o zaman iki imtahan verməlisiniz: TOEFL və SAT. Bu imtahanlarda topladığınız bal və ümumi ortalamanız nəzərə alınır. Bunun üçün ingilis dili səviyyəniz bu imtahanları keçmək üçün yaxşı səviyyədə olmaldır.
Qəbul imtahanı stressinə girməyinizə ehtiyac yoxdur
Amerikada universitet təhsili almaq üçün yaşadığınız ölkədə qəbul imtahanı verməyinizə ehtiyac yoxdur. Bunun üçün attestat , bakalvr diplomu və ümumi ortalamanızla istədiyiniz universitet və fakültəni seçə bilərsiniz. Bu zaman qəbul imtahanlarına hazırlaşmaq əvəzinə dil biliyinizi inkişaf etdirməyiniz daha məqsədəuyğun olacaq.
Amerikada yaşayacaqsınız
Universitet zamanı Amerikada yaşamaq sizə hər baxımdan çox şey qazandıracaq. Şəxsi inkişafınızda, dünyaya inteqrasiya olmağınız, ətrafınızı genişləndirməyiniz və gələcək karyeranız üçün uğurlu təməl atmaq baxımından faydalı olacaq.
Amerikada kollec təhsili
Amerikadakı kolleclərin təhsil sistemi Türkiyə kollecləri ilə nisbətən bənzərlik təşkil edir. Azərbaycana nisbətən isə təhsil keyfiyyəti baxımından olduqca yüksəkdir, eyni zamanda diplomi kifayət qədər dəyərləndirilir. Amerikada təhsil almaq istəyən şəxslər ilk olaraq iki il kollecdə təhsil alır daha sonra isə universitetə transfer olurlar. Bu zaman o tələbələr həmin universitetin məzunu hesab edilirlər.
Amerika kolleclərində keçirilən dərslərin əsas məqsədi tələbələri ixtisasların uyğun şəkildə gələcək iş həyatlarına hazırlamaqdır. Eyni zamanda dörd illik universitet təhsilinə nisbətən maddi baxımdan daha uyğundur. Eyni zamanda qəbul şərtləri universitetlərə nisbətən daha sadədir.
Bu səbəblə hər il minlərlə şəxs Amerikada təhsil üçün ilk olaraq kollecləri seçir.
Qeyd edək ki, Amerikada təhsil, orada yerləşən universitet və kolleclərlə bağlı daha ətraflı məlumat almaq üçün buraya daxil ola bilərsiniz.