Vətən müharibəsində iştirak edən doktorantlara 3 ay möhlət veriləcək.
Fins.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsində 21.1.4-cü maddədə dəyişiklik təklif edilir. Beləliklə, layihəyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət veriləcək. Layihəyə əsasən, İlk imtahandan müvəffəqiyyətlə keçən doktorantlar imtahanlarını verə biləcəklər.
Qeyd edək ki, hazırda əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara təhsilini bitirənədək həmin çağırışçılara yalnız bir dəfə möhlət verilir.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
© APA