BAZAR

18 Fevral

Qazaxıstanda 2021-2022-ci tədris ili üzrə HTP çərçivəsində təhsil imkanı

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. 

 

Təqaüd proqramı “Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələri üzrə təhsil almaq imkanı yaradır.

 

Təqaüd proqramına müraciət üçün son tarix 30 aprel 2021-ci il nəzərdə tutulub.

 

Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.