BAZAR

15 Fevral

Yeni ixtisaslar gündəmdədir - Emin Əmrullayev

Təhsil naziri təyin ediləndən təhsil sahəsində həyata keçirmək istədiyim proseslər yaxşı gedir. Biz bir neçə istiqamətdə yeniliklər etməyə çalışırıq.

Fins.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkə başçısının qarşıya qoyduğu məqsədlərə uyğun olaraq, ilk növbədə yeni ixtisaslar məsələsi gündəmdədir: “Biz növbəti ildən ali təhsil müəssisələrindəki “Sabah” qruplarında magistratura səviyyəsində yeni ixtisaslar-kibertəhlükəsizlik, informasiya texnologiyaları, kompüter elmləri, şəhərsalma və planlaşdırma-ümumilikdə 7 müxtəlif ixtisaslar üzrə təhsil vermək istəyirik”.

Nazir qeyd edib ki, başqa bir istiqamət peşə təhsili ilə bağlıdır. Peşə təhsilinin həm nüfuzunun qaldırılmasına, həm də peşə təhsilinin insanlarımız üçün nə qədər faydalı olması, qısamüddətli peşə kurslarının fəaliyyəti və yüksək peşə təhsili üzrə kadrların hazırlanması istiqamətində işlər davam etdirilir.

E.Əmrullayev qeyd edib ki, sentyabrdan təxminən 600 şagirdə yeni peşə ixtisaslarının verilməsi nəzərdə tutulur:

Nazir əlavə edib ki, Azərbaycanın “Microsoft” platforması üzərində qurduğu virtual məktəb dünyada ən böyük məktəbdir:

”Təbii ki, ayrı-ayrı sistemlər üzərində nə isə edilib. Amma heç bir ölkədə milli təhsil sistemi olaraq, bundan böyük vahid platforma üzərində virtual məktəb yoxdur. “