2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti onlayn müsahibə mərhələsinə 5 fevral tarixindən başlanılacaq.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu mərhələdə iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat artıq göndərilib. Onlayn müsahibə mərhələsinə 2948 nəfər dəvət olunub.
Müsahibələr "Microsoft Teams" platforması üzərindən keçiriləcək.
Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla da tanış olmağı tövsiyə olunur.