BAZAR

01 Fevral

STEAM dərslərinə başlanılır

Fevralın 1-dən "Dərs vaxtı" proqramında STEAM dərslərinin yayımına start verilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, nazirliyin dəstəyi ilə həm Azərbaycan, həm də rus bölmələri üçün hazırlanan STEAM dərslərini "Mədəniyyət" kanalından, eyni zamanda, Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı, rəsmi "Facebook" səhifəsi, eləcə də videodərslər portalından da (//video.edu.az/) izləmək mümkündür.

STEAM dərslərinin yayım vaxtını "Dərs vaxtı"nın hər gün paylaşılan cədvəlindən öyrənə bilərsiniz.

Qeyd edək ki, 2019-2020-ci tədris ilinin əvvəlindən Heydər Əliyev Fondunun dəstəyi ilə tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.