Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 1 aprel 2021-ci il tarixinədək fəaliyyətini dayandırır.
Təhsil Nazirliyindən bildirilib ki, bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (//edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (//edu.gov.az, //ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.
Təhsil Nazirliyinin rəsmi məlumatlarını nazirliyin rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən (//www.facebook.com/tehsil.gov.az, //twitter.com/tehsilgovaz, //www.instagram.com/edugovaz/, //www.youtube.com/user/tehsilgovaz, @edugovaz) izləmək tövsiyə edilir.