BAZAR

28 Yanvar

Keyfiyyətli təhsil alan insanlar iqlim dəyişikliyini daha ciddi böhran hesab edir

Dünya əhalisinin 60 faizdən çoxu iqlim dəyişikliyinin bəşəriyyət üçün ciddi təhlükə və fövqəladə vəziyyətə səbəb olduğuna inanır.

Bu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Qrupunun (UNDG) və Oksford Universitetinin mütəxəssislərinin birlikdə apardığı tədqiqat nəticəsində məlum olub.

Tədqiqatlarda 50 ölkədən təxminən 1,2 milyon insan iştirak edib.

Bundan əlavə, tədqiqatçılar respondentlərin təhsil səviyyəsi ilə iqlim böhranının öhdəsindən gəlmək istəkləri arasında birbaşa əlaqənin olduğunu müəyyən ediblər.

Belə ki, keyfiyyətli təhsil alanlar iqlim dəyişikliyi ilə bağlı vəziyyəti daha təhlükəli olaraq qiymətləndirirlər.