BAZAR

27 Yanvar

Məktəblərdə istilik problemi varmı? - BŞTİ müdiri AÇIQLADI

Fevralın 1-dən hibrid təhsil formasının bərpası səbəbindən məktəblərdə istilik sistemi ilə bağlı mövcud vəziyyətin öyərnilməsi üçün monitorinq aparılıb.

Bunu bu gün keçirilən vebinarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.

Onun sözlərinə görə, istiliklə bağlı aparılan monitorinqlər zamanı məktəblərin təhsilə hazır olduğu məlum olub. Hazırda məktəblərdə mövcud olan cari problemlərin həlli üçün iş aparılır:

M.Vəliyeva əlavə edib ki, məktəblərdə mərkəzləşdirilmiş qaydada dezinfeksiya işləri həyata keçirilir:

"Hazırda paytaxtdakı 108 məktəbdə "Məktəblinin dostu" fəaliyyət göstərir: Onlar da məktəblərimizə və şagirdlərimizə dəstək olacaqlar".