Təhsil Nazirliyi məktəblərdə bufetlərin açılıb-açılmayacağı məsələsinə aydınlıq gətirib.
Bunu nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib ki, Nazirlər Kabinetinin sentyabr ayındakı müvafiq qərarı ilə pandemiyaya görə məktəblərdə bufetlərin fəaliyyəti müvəqqəti dayandırılıb.
O qeyd edib ki, bu qərar yenə də öz qüvvəsindədir.