Bu gün 15 və yuxarı yaşlı əhalinin hər 1000 nəfərindən 973-ü ali, orta ixtisas və orta təhsilə malikdir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020/2021-ci tədris ilinin əvvəlinə şagirdlərinin sayı 79,2 min nəfər olan 113 dövlət liseyi və gimnaziyası fəaliyyət göstərib. Dövlət müəssisələrinin ümumi sayında məcburi köçkün uşaqlar üçün 582 əyani ümumi təhsil müəssisəsi fəaliyyət göstərir və burada 103,7 min nəfər şagird təhsil alır.
2020-ci ildə əyani ümumi təhsil müəssisələrini bitirən 74,1 min nəfər məzundan 73,6 min nəfəri və ya 99,3 faizi tam orta təhsil haqqında attestat alıb.