BAZAR

25 Dekabr

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulunun müddəti uzadılıb

Bakı 25 dekabr Fins.az

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il yaz semestri üçün sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 15 yanvar 2021-ci il saat 23:59-dək uzadılıb.