“Virtual məktəb” layihəsi üzrə paytaxtda 450 000-dən çox istifadəçi qeydiyyatdan keçib
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən mlumata görə, təhsilin əlçatanlığının təmin edilməsi, teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirmək məqsədilə həyata keçirilən “Virtual məktəb” layihəsinə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri üzrə 447 843 şagird və 29 293 müəllim qoşulub.