BAZAR

21 Dekabr

Məktəbdaxili qiymətləndirmənin hansı formada aparılması ilə əlaqədar qərar layihəsi hazırlanıb

Bakı 21 dekabr Fins.az

Builki tədris ilində məktəbdaxili qiymətləndirmənin hansı formada aparılması ilə əlaqədar qərar layihəsi hazırlanıb.

Bu barədə Təhsil Nazirliyinin məlumatında bildirilib. Qeyd edilib ki, mövcud şərait nəzərə alınaraq, 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirmənin hansı formada aparılması ilə əlaqədar Təhsil Nazirliyi Kollegiyasının qərar layihəsi artıq hazırlanıb:

"Hazırda layihə üzrə rəy və təkliflər toplanılır. Bununla bağlı tezliklə geniş məlumat veriləcək".