BAZAR

13 Noyabr

Təhsil Nazirliyi virtual dərslərdə qiymətləndirmənin necə aparılacağına AYDINLIQ GƏTİRİB

Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Virtual dərs”ə qatıla bilməyən şagirdlərin qiymətləndirilməsində problem olub-olmayacağı məsələsinə aydınlıq gətirilib.

Fİns.az-ın məlumatına görə, o qeyd edib ki, əsas məsələ uşağın biliyinin qiymətləndirilməsidir: “Bu da yəqin ki, birinci yarımilin sonunda olacaq. Bu zaman sadə qiymətləndirmə aparılacaq”. 

V. Yaqublu əlavə edib ki, şagirdlərin biliyinin hansı formada qiymətləndirilməsi ilə bağlı Təhsil Nazirliyi tərəfindən müzakirələr aparılır: “Ənənəvi tədris zamanı yarım tədris ili ərzində bir necə dəfə kiçik və sonda böyük summativ qiymətləndirmə keçirilirdi. Bunun əsasında yarım il üzrə düstur əsasında qiymətləndirmə aparılırdı. Ancaq indiki vəziyyətlə bağlı təklif olunan model budur ki, birinci yarım ilin sonunda böyük böyük summativ qiymətləndirmə keçirilsin və nəticəsi yarım ilin nəticəsi kimi qəbul edilsin. Amma bu, hələ təklifdir. Bu barədə qərar verildikdə məktəblərə məlumat veriləcək”.