BAZAR

13 Noyabr

Nazirlik: Virtual dərslərin dərs cədvəli dəyişməz olmalıdır

“Virtual dərslərin dərs cədvəli hazırlanarkən müəllimlər çalışmalıdır ki, dəyişməz qalsın”. Fins.az-ınməlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib: “Şagirdlər bilməlidir ki, həftənin hansı günü hansı saatda hansı dərsə qoşulacaqlar. Uşaqlar bir rejimə öyrəşir, dərslərdə iştirak faizi artır, pərakəndəlik olmur. Necə ki, məktəbdə bir dərs cədvəli var idi, virtual dərslərin də dəyişməz dərs cədvəli olmalıdır. Virtual dərsin məzmunu daha çox mühazirə xarakteri daşıyır, şagirdlərə praktik bacarıqlar aşılamaq imkanı məhduddur. Amma nəzəri məlumatları da məzmunlu vermək olar. Virtual dərslərin akademik ağırlığı da daha çox olur. Hazırda Təhsil Nazirlikdə qələbəmizi virtual dərslərə  keçirməklə bağlı layihə hazırlanır. Hər bir dərsdə bu haqda mütləq danışmaq lazımdır, həm bu qələbəyə gedən yol, həm də qələbə nəticəsində qazandığımız, geri qaytardığımız torpaqlarımız, ümumilikdə hər şey haqında danışmaq lazımdır. Uşaqlarda vətənpərvərlik ruhunu daha da artırmaq üçün bir məqamdır”.