BAZAR

06 Noyabr

Ötən il Gənclər Fondu tərəfindən 47 tələbənin xaricdə təhsili maliyyələşdirilib

Ötən il Gənclər Fondu tərəfindən 47 tələbənin xaricdə təhsili  maliyyələşdirilib. 

Fins.az-ın məlumatına görə, bunu Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov brifinqdə bildirib. O qeyd edib ki, bu il bütün dünyada pandemiya olması səbəbindən proqram təxirə salınıb: "Buna baxmayaraq, çoxlu sayda müraciətlər olub. 

Ötən il yalnız Avropa və ABŞ-da təhsil alan tələbələrin maliyyələşdirilməsi həyata keçirilirdi. Növbəti ildən proqramın coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulub".