“Bölgələrdə internet şəbəkəsi qısa müddətdə həll olunacaq məsələ deyil. Bəzən deyirlər hamıya planşet paylansa, vəziyyət düzələr”.
Fins.az-ın məlumatına görə, bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.
O bildirib ki, bu, həm də zaman baxımından çətindir: “Növbəti ildən yenə bir neçə məktəbə fiber-optik internet çəkmək fikrimiz, bacardıqca bu istiqamətdə irəliyə getmək məqsədimiz var”.