BAZAR

16 Oktyabr

Nazir: Noyabrın 2-dən bu və ya digər formada təhsili davam etdirəcəyik

“Biz dünya ölkələrində də koronavirusun ikinci dalğasının olmasını müşahidə edirik”.

Fins.az xəbər verir ki, bu fikirləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Biz xüsusi şəraitdəyik və daha diqqətli olmalıyıq:

Təhsil Nazirliyi hər gün məktəblərdə yoluxma və digər məsələlərlə bağlı ictimaiyyətə məlumat verirdi. Son günlər ərzində biz hər gün 10-15 məktəbi bağlamaq məcburiyyətindəydik. İnanıram ki, 2 həftə ərzində biz davranışımzla və tətbiq edilmiş məhdudiyyətlər nəticəsində yoluxmanın sayının azalmasına nail ola biləcəyik. Noyabrın 2-dən başlayaraq bu və ya digər formada təhsili davam etdirəcəyik. Amma bu barədə danışmaq daha tezdir”.