BANK

01 Sentyabr

Neft Fondu xalis mənfəətini açıqlayıb -MƏBLƏĞ

2020-ci ildə Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) xalis mənfəəti 5,360 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 24% çoxdur.

Fins.az ARDNF-nin maliyyə hesabatına istinadən verdiyi məlumata görə, fondun əməliyyat gəlirləri 5,327 mlrd. manat təşkil edib ki, bu da illik müqayisədə 19,9% çoxdur. Gəlirlərinin əsas hissəsini təşkil edən qızıl külçələri üzrə xalis gəlir 2,060 mlrd. manat (illik 72,4% artım) təşkil edib.

Qeyd edək ki, ARDNF 2020-ci ildə xarici valyuta əməliyyatları üzrə məzənnə fərqindən gəlir qazana bilib və sözügedən kateqoriya üzrə xalis gəlir 1,244 mlrd. manat təşkil edib. 2019-cu ildə fond xarici valyuta əməliyyatları üzrə məzənnə fərqindən 524,267 mln. manat xalis zərər etmişdi.

(c)APA