BANK

25 Dekabr

Azərbaycanda bu bank xidmətləri ödənişsiz həyata keçiriləcək - SİHAHI

Bakı 25 dekabr Fins.az

 “Baza bank xidmətləri paketi” aşağı gəlirli əhali qrupuna daha sərfəli şərtlərlə maliyyə xidmətlərindən istifadəyə imkan verir.
Fins.az xəbər verir ki, “Baza bank xidmətləri paketi”nə daxil edilən aşağıdakı xidmətlərin ödənişsiz təqdim edilməsi məqbul hesab edilir:

1. müraciət edən aşağı gəlirli əhali qrupuna daxil olan şəxsə milli vayutada cari hesabın açılması;

2. cari hesaba bağlı əməliyyatların aparılmasına imkan verən bir ədəd debet ödəniş kartının təqdim edilməsi;

3. mövcud olduqda bankın elektron bankçılıq xidmətlərinə (internet və mobil) qoşulması;

4. ay ərzində cari hesaba yaşayış minimumu həcmində vəsaitinin mədaxil edilməsi;

5. ay ərzində bankın ölkədaxili ekvayer şəbəkəsində yaşayış minimumu həcmində nağdlaşma əməliyyatının aparılması;

6. SMS və ya elektron poçt üzrə məlumatlandırma sisteminə qoşulması;

7. cari hesab üzrə aparılmış əməliyyatlar üzrə elektron çıxarışın təqdim edilməsi;

8. ay ərzində cari hesab vasitəsilə yaşayış minimumu həcmində ölkə daxili köçürmə əməliyyatının aparılması.

Müəllif: Aynur Qəniyeva