BANK

24 Dekabr

Banklar 20 il ərzində 200 milyard dollar cərimə ödəyib -HESABAT

Bakı 24 dekabr Fins.az

Better Markets-ə görə altı ən böyük ABŞ bankları son 20 ildə cərimələrə  təxminən 200 milyard dollar xərcləyib.

Fins.az xəbər verir ki, 2008 maliyyə böhranı zamanı qurulan müstəqil bir təşkilatın hesabatında Bank of America Corp., Citigroup Inc., Goldman Sachs Group Inc., JPMorgan Chase Co., Morgan Stanley və Wells Fargo Co. banlarının hesabtları əsasında hesablamalar aparararaq bu nəticəyə gəlib.

Bütövlükdə, maliyyə qurumlarının 2000-ci ildən bəri 195 milyard dollar cərimə ödədikləri və bu banklardakı qanunazidd davranışlar səbəbiylə zərər görən rəsmilər, şirkətlər və müştərilər arasında bölüşdürülüb.

Better Markets şirkətinin rəhbəri Dennis Kelleher, hesabatın maliyyə təşkilatlarında qanun pozuntularının artmasına da işarə etdiyini bildirib.

Banklar, ipoteka istiqrazlarının qeyri-qanuni satışı ilə bağlı kütləvi razılaşma müqavilələrinə əlavə olaraq, 2000 ilə maliyyə böhranı arasında 85 əsas və 2008-2012 arasında 110 şikayət alıb.

Eyni zamanda, Better Markets-in məlumatlarına əsasən, 2012-ci ildən sonra qanunsuz hərəkətlərə görə banklara qarşı daha 204 sanksiya tətbiq olunub.

Kelleher, 2020-ci ildə qeydə alınan bir neçə hadisənin bankların keçmiş səhvlərinə yenidən yol verdiyinin sübutu olduğunu  deyib. Xüsusilə, JPMorgan Chase-dən nümunə gətirdi, sentyabr ayında qiymətli metalların və dövlət qiymətli kağızlarının fyuçers alveri ilə bağlı manipulyasiyalarla əlaqəli ABŞ səlahiyyətlilərinin iddialarını təmin etmək üçün 920 milyon dollardan çox pul cəzası ödəməyi qəbul edib.

Müəllif: Aynur Qəniyeva