BANK

24 Dekabr

Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 79,8 milyon dollar olub

Bakı 24 dekabr Fins.az

Dekabrın 24-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən bildirilib ki, hərracda tələb 79,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.