BANK

24 Dekabr

Şəhidlərimizin bağlanan banklarda olan kredit borcları tam həcmdə silindi

 Bakı 24 dekabr Fins.az

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan banklardakı kreditlər borclarını və onlara hesablanmış faizlər və digər ödəmələrin, həmçinin düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın ləğv prosesində olan banklardakı kredit borcları və onlara hesablanmış faizlər və digər ödəmələrin tam həcmdə silib/

Fins.az xəbər verir ki, bu barədə  Azərbaycan Əmanətlərin Sığortalanması Fondu məlumat yayımlayıb 

Məlumatda bildirlirlir ki,  Azərbaycan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış torpaqların azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərin ləğv prosesində olan banklardakı kreditlər borclarını və onlara hesablanmış faizlər və digər ödəmələrin, həmçinin düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın ləğv prosesində olan banklardakı kredit borcları və onlara hesablanmış faizlər və digər ödəmələrin tam həcmdə silinməsi təmin edib.

Müəllif:Aynur Qəniyeva