BANK

23 Dekabr

Mərkəzi Bankının mənfəətindən “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”-na daxil olan vəsaitin məbləği AÇIQLANIB

Bakı 23 dekabr Fins.az

 01.11.2020-ci il tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının sərbəst mənfəətindən “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu” 1,0 mlrd. manat vəsait daxil olub. 

Fins.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində məlumat verilib.

Məlumata görə rəydə bildirlir ki, beləliklə, qeyd olunan tarixə Təminat Fondunun vəsaitinin qalığı (manat ekvivalentində) 2033,7 mln. manat təşkil etmişdir ki, bunun da 765,0 mln. manatı Dövlət Neft Fondunda idarəetmədə olub.

Qeyd edək ki, rəydə həmçinin qeyd olunur ki, 2020-ci ilin 9 ayı ərzində “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun gəlirləri ümumilikdə 89632,6 min manat təşkil edib ki, bundan 5926,1 min manat dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq, 16564,2 min manat Təminat Fonduna yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir, 36426,3 min manat bərpa müqavilələri və təkrar borc sazişləri üzrə daxilolmalar və 30716,0 min manat digər mənbələrdən (Serbiya Respublikasından əsas borc və faiz ödənişləri) daxilolmalar üzrə olub.

Müəllif: Aynur Qəniyeva