BANK

23 Dekabr

Mərkəzi Bankın mənfəətindən ayırmalar büdcə gəlirlərin nə qədərini təşkil edəcək?-MƏBLƏĞ

Bakı 23 dekabr Fins.az

Qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 250,0 milyon manatını Mərkəzi Bankın mənfəətindən ayırmalar təşkil edir.

Fins.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində məlumat verilib.

Məlumata görə rəydə bildirilir ki, qarşıdakı ildə büdcə daxilolmalarının 45,8%-ni qeyri-neft sektoru üzrə daxilolmaların təşkil edəcəyi proqnozlaşdırılır. Qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 48,7%-i və ya 5674,0 mln. manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 33,5%-ni və ya 3900,0 mln. manatını gömrük orqanlarının xətti ilə daxilolmalar təşkil edir. 

Eyni zamanda  Hesablama Palatasının rəyində Qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 7,6%-ni və ya 880,0 mln. manatını  Dövlət   borcu   və    zəmanəti    üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 faizini və ya 250,0 milyon manatını Mərkəzi Bankın mənfəətindən ayırmalar, 8,1 faizini və ya 947,0 milyon manatını digər gəlirlər təşkil edir."-deyə bildirilir. 

Müəllif:Aynur Qəniyeva