BANK

23 Dekabr

Hesablama Palatası:Manatla müddətli depozitlərin azalması pul kütləsinin də həcminə təsir göstərib

Manatla müddətli depozitlərin azalması pul kütləsinin də həcminə təsir göstərib

Fins.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyində məlumat verilib.

Məlumata görə rəydə qeyd olunur ki, monetar hakimiyyət orqanı tərəfindən monetar siyasətin yumşaldılması ilə bağlı atılmış addımlar bankların iqtisadi aktivliyin təşviq olunması prosesindəki rolunu artırmaq, kreditləri daha əlçatan etmək məqsədi daşıyıb.

Bildilib ki, baxılan dövr ərzində Mərkəzi Bank tərəfindən bir neçə dəfə müxtəlif mərhələlərdə faiz dəhlizi parametrlərinə yenidən baxılmış və monetar siyasətin yumşaldılması istiqamətində faiz endirimləri həyata keçirilmiş, uçot dərəcəsi ilin əvvəlində tətbiq edilən 9,25%-dən bugünkü günədək 6,5%-ə qədər endirilmişdir. Faiz endirimi qərarlarının verilməsi zamanı manatın dinamikasının stabilliyi, aşağı templi inflyasiya, tələbin zəifləməsi və s. nəzərə alınmışdır.

Hesablama Palatası 2021-ci ilin büdcəsini dəyərləndirərkən rəydə "Manatla müddətli depozitlərin azalması pul kütləsinin də həcminə təsir göstərmiş, 2020-ci il oktyabr ayının sonuna manatla geniş pul kütləsinin həcmində 13,7% artım tempi qeydə alınmış, ilin əvvəli ilə müqayisədə 14,9 faiz bəndi zəifləmişdir. Bu pul aqreqatının tərkib elementlərindən manatla müddətli depozitlər üzrə azalma izlənmiş, digər komponentlər üzrə artımın zəifləməsi müşahidə olunub"--deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva