BANK

17 İyun

Rabitəbank tibb işçilərinə özəl kampaniyaya start verir!

17 iyun Tibb İşçilərinin peşə bayramı günüdür. Bütün dünyanı və ölkəmizi dərindən sarsan Koronavirus pandemiyası dövründə canla-başla mübarizə aparan tibb işçilərinin əməyi hər kəsin qürur mənbəyi oldu. Əvəzsiz əməklərinə görə “Rabitəbank” bütün səhiyyə işçilərinə sonsuz təşəkkür edir və onlar üçün xüsusi kampaniya elan edir:

 

17, 18 və 19 iyun tarixlərini əhatə edən kampaniya çərçivəsində sahəsindən asılı olmayaraq bütün tibb işçiləri aşağıdakı güzəştlərdən yararlana biləcəklər:

- İllik faiz dərəcəsinə 2% ENDİRİM;

- 15.000 AZN-dək maksimum nağd pul krediti;

- 10.000 AZN-dək zaminsiz nağd pul krediti.

Kampaniya haqqında daha ətraflı məlumatı Bankın 133 Məlumat Mərkəzinə zəng edərək əldə edə bilərsiniz.