BANK

04 İyun

Əmanətlərin Sığortalanması Fondunun aktivləri artıb

Əmanətlərin Sığortalanması Fondunun aktivləri ötən il ərzində 8% artaraq cari il yanvarın 1-nə 1 028 440 074 manata çatıb.

Bu Fondun"Baker Tilly Azerbaijan" şirkəti tərəfindən aparılan illik audit hesabatında göstərilib

Hesabata əsasən, qurumun cəmi öhdəlikləri isə hesabat ilində 5,3% azalaraq 11 081 303 manata enib. Öhdəliklərin 11 039 836 manatını kompensasiya ödənişləri üzrə öhdəliklər əhatə edib.