BANK

04 İyun

Dövriyyə daha çox avro buraxılacaq - MÜHÜM QƏRAR AÇIQLANDI

Avropa Mərkəzi Bankı yığıncağında faiz dərəcələrində gözlənildiyi kimi dəyişikliyə getmədi.

Fins.az xəbər verir ki, ABM Pandemiya ilə bağlı Təcili Satınalma Proqramını (PEPP) 600 milyard avro məbləğində artırıb. Proqram 2021-in İyun ayına qədər uzadılıb.

AMB əsas faizini 0%-də, depozit faizini də mənfi  0.50%-də saxlayıb.

AMB, Mart ayında pandemiya şərtlərilə mübarizə üçün 750 milyard avroluq aktiv (istiqraz) alışı proqramını başlatmışdı. Beləliklə, cəmi rəqəm 1.35 trilyona çatıb.