BANK

04 İyun

“AccessBank" 2019-cu ildə mikrokreditləşmə üzrə portfelini 31,5% artırıb

“AccessBank" 2019-cu ildə mikrokreditləşmə üzrə portfelini 31,5% - 308,75 mln. manatadək artırıb.Bu barədə PricewaterhouseCoopers (PwC) müstəqil audit şirkəti tərəfindən ötən ilin yekunları üzrə bankın birləşdirilmiş maliyyə hesabatında məlumat verilir.

Kiçik və orta müəssislərin kreditləşməsi üzrə bankın portfeli 304,881 mln. manat təşkil edib, bu da 2018-ci ilin sonuna olan göstəricidən 25,5% azdır.

Hesabata əsasən, bankın istehlak kreditləşməsi üzrə portfeli 16,6% - 70,835 mln. manatadək artıb.Bütövlükdə, 2019-cu ildə bankın kredit portfeli 2,9% - 684,466 mln. manatadək azalıb.

2019-cu ilin yekunları üzrə KOM kreditləşməsi üzrə bankın kredit portfelinin 44,5%-ni, mikrokreditləşmə üzrə - 45,1%-ni, istehlak kreditləşməsi üzrə - 10,3%-ni təşkil edib.

2019-cu ilin sonuna olan məlumata görə, bankın ticarət sahəsinin kerditləşməsi üzrə portfeli 262,076 mln. manat (azalma 11,6%-ni), xidmət sahəsinin – 146,77 mln. manat (38,3%), ASK sahəsinin – 109,999 mln. manat (artım 36,1%), istehsal sahəsinin – 48,617 mln. manat (8,5%), ev təsərrüfatı sahəsinin – 92,312 mln. manat (3,4%), nəqliyyat sahəsinin – 23,701 mln. manat (45,6%) təşkil edib.

“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və respublikanın aparıcı banklarının onluğuna daxildir. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır: Asiya İnkişaf Bankı (19,89%), Avropa İnvestisiya Bankı (17,39%), Beynəlxalq Maliyyə Korporasiyası (16,56%), responsAbility SICAV (Lux) (2,91%), responsAbility Management Company S.A. (7,11%), Hollandiya İnkişaf Bankı (9,41%), Avstriya İnkişaf Bankı (9,17%), SIFEM AG (8,89%), EFSE (2,78%), Symbiotics SICAV (2,27%), GGF (1,77%), LFS Advisory (1,27%) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58%)