BANK

04 İyun

\"Günay Bank\"-ın səhmdarları toplanır

04 iyul 2020-ci il tarixində “Günay Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Şirkətin bildirişində yığıncağın gündəliyi ictimaiyyətə açıqlanmır.

Səhmdarlar yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə materiallarla Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3A ünvanında şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə tanış ola bilərlər.

Yığıncaq Bankın inzibati binasında keçiriləcəkdir.