BANK

04 İyun

Dollar yenidən ucuzlaşdı

Beynəlxalq valyuta birjalarında avro və funt kimi aparıcı valyutaların dollara nisbətən qiymətlərində artım dalğası fonunda korreksiya başlayıb. Ucuzlaşma isə texniki xarakter daşıyır. 

Belə ki, çərşənbə günü Avrozona və İngiltərə dair açıqlanan müsbət fundamental göstəricilərin artıq məzənnələrdə öz əksini tapması, gələcək artım dalğası üçün yeni fundamental əsasa ehtiyac yaradır. Bu isə investorların gözləmə mövqeyində olmalarına, məzənnələrin korreksiyasına səbəb olur. 

Bu gün diqqət mərkəzində olacaq hadisə Avropa Mərkəzi Bankının Bakı vaxtı ilə saat 15:45-də açıqlayacağı faiz qərarı və saat 16:30-da baş tutacaq mətbuat konfransıdır.