BANK

29 Yanvar

FED dollarla bağlı qərarını AÇIQLADI

ABŞ Mərkəzi Bankının (FED) 2020-ci ildəki ilk iclası başa çatıb.
Fins.az xəbər verir ki, gözlənildiyi kimi, FED  faizləri dəyişdirməyərək 1.50% - 1.75% aralığında saxladı.
Bankın dekabr ayı təxminləri 2020-ci ildə faizlərdə dəyişiklik olmayacağına işarə edirdi.
FED ehtiyat profisitinə ödənən faiz olan IOER-i isə 5 bənd artıraraq 1.60% səviyyəsinə qaldırıb.
Yığıncağın qərar mətnində, "Pul siyasəti duruşunun uyğun olduğunu hesab edirik, repo əməliyyatları ən azı aprel ayının sonunadək davam edəcək" vurğulanıb.
Qərarda, əmək bazarının güclü, iqtisadiyyatın "mülayim sürətdə" artdığı qeyd edilib. İstehlakın mülayim olduğu, sərmayələrin və ixracın zəif olduğu, əhalinin xərcləmələrinin mülayim artdığı qeyd edilib. 
FED, inflyasiyanın 2%-dən aşağı qalmaqda davam etdiyini qeyd edib.