2019-cu il “Amrahbank”ın inkişaf tarixində bir sıra hadisələrlə yadda qaldı. Belə ki, texnologiyaların tətbiqinə böyük önəm verən Amrahbank, Bank əməliyyatlarının effektivliyini artırmaq məqsədilə , beynəlxalq praktikada geniş istifadə olunan, bank əməliyyatlarını daha da sadələşdirən, müştərilərə daha sürətli xidmət göstərilməsinə və innovativ layihələrin tətbiqinə şərait yaradan yeni proqram təminatına keçdi.
2019-cu ildə “Amrahbank”ın inkişaf tarixində qeyd edilən mühüm hadisələrdən biri də, təməli 04.09.2013-cü il tarixində qoyulan, Xətai rayonu, Xocalı prospekti 36A ünvanında yerləşən yeni inzibati binanın istifadəyə verilməsi oldu. 14 min kvadrat metr sahəni əhatə edən, xüsusi zövqlə hazırlanmış 11 mərtəbəli yeni bina, möhtəşəm xarici görünüşə malik olmaqla yanaşı, müasir interyeri, yüksək texniki təhcizatı ilə də fərqlənir .
2019-cu ildə “Amrahbank”ın inkişaf tarixində qeyd edilən mühüm hadisələrdən biri də “Amrahvabnk”ın Moskva birjasına üzv seçilməsi oldu. Bu üzvlük Banka həm qiymətli kağızlar, həm də xarici valyutalar üzrə bir çox əməliyyatların aparılması üçün yeni imkanlar yaratmaqla yanaşı, əlverişli şərtlər və qiymətlərlə əməliyyatların aparılmasını, həmçinin beynəlxalq valyuta və fond bazarlarına çıxışı da təmin etdi.
2019-cu ilin 4-cü rübünün nəticələrinə görə “Amrahbank”ın faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Belə ki, 2019-cu ilin 4-cü rübünün sonuna faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon. 611 min manat və ya 30 faiz artaraq 11 milyon 313 min manat təşkil etmişdir.
31 dekabr 2019-cu il tarixinə bankın müştəri hesabları, o cümlədən müddətli və tələbli depozitlər 174 milyon 734 min manat , kredit portfeli isə114 milyon. 230 min manat təşkil etmişdir.
Amrahbank ölkədə ən geniş filial şəbəkəsinə malik olan banklar sırasındadır. Bankın hazırda baş ofisi də daxil olmaqla 23 filialı fəaliyyət göstərir, bunlardan 17-i Bakı şəhərində, 5-ı isə ölkənin regionlarında yerləşir.
Amrahbank: Sizə açıq və aydın bank!