BANK

29 Yanvar

Palata və AMB “Azər Türk Bank”ı “yoxlamalara maneçilik” səbəbi ilə cərimələnməsini istəyiblər

Ləğv olunan Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin son rübündə 2-ci dövlət bankı sayılan “Azər-Türk Bank” ASC-ni yoxlamalara maneçilik törətməsinə görə cərimə protokolu tərtib edibmiş.

Lakin, məlumatda Nəsimi Rayon Məhkəməsinə İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qeyd edilib.

2019-cu ilin dekabrında Palatanın təhvil-təslim komissiyasının sədri və eləcə də Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev apelyasiyaya bu qərarla razılaşmayaraq müraciət edib.

Bakı Apellyasiya Məhkəməsi isə AMB tərəfindən verilmiş apelyasiya şikayəti ilə bağlı bildirir ki, qərar ləğv edilib, iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib.

Həmin maddədə deyilir ki, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə cərimə edilir.

Bununla da hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilirlər.

© Banker.az